Şirvanda küçədən meyit tapılıb

Şirvanda küçədən meyit tapılıb
# 01 iyul 2020 15:30 (UTC +04:00)

Şirvanda küçədən kişi meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1970-ci il təvəllüdlü Nəzərov Nofər Aydın oğlu ölmüş vəziyyətdə aşkar edilib. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

İlkin ehtimala görə, N.Nəzərov ürəktutmadan ölüb. Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı araşdlrma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR