Şirvanda avtomobil vurması nəticəsində xəsarət alan piyadanın kimliyi bilinib - FOTO - YENİLƏNİB

Şirvanda avtomobil vurması nəticəsində xəsarət alan piyadanın kimliyi bilinib - FOTO - YENİLƏNİB
  • Clock-gray 03:32
  • calendar-gray 08 İyul 2020

Şirvan şəhərində avtomobilin vurduğu piyadanın şəxsiyyəti müəyyən edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu, Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Əmənov Rəşad Rafiq oğludur.

Xəsarət alan piyadanın müalicəsi hazırda Şirvan Şəhər Xəstəxanasında davam etdirilir.

***

Saat 01:54

Şirvan şəhərində avtomobil piyadanı vuraraq ona ağır xəsarət yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Şirvan şəhəri, H.Əliyev prospektində qeydə alınıb.

“Mercedes” markalı avtomobil şəxsiyyəti hələlik məlum olmayan piyadanı vurub. Nəticədə piyada ağır kəllə-beyin travması alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini kritik qiymətləndirir. Yaralı piyada xəstəxanaya onu vuran sürücü tərəfindən çatdırılıb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər