Şirvanda yol qəzasında ölənlərin adları bilinib - FOTO - VİDEO - YENİLƏNİB

 Şirvanda yol qəzasında ölənlərin adları bilinib - FOTO - VİDEO - YENİLƏNİB
  • Clock-gray 13:00
  • calendar-gray 27 Dekabr 2019

Şirvanda baş verən yol qəzasında ölənlərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bunlar Salyan rayon Marışlı kənd sakini, 1977-ci il təvəllüdlü Zeynalova Pərvanə Saleh qızı, Tərtər rayon sakinləri - 1957-ci il təvəllüdlü Zeynalova Zöhrə Oruc qızı, 1953-cü il təvəllüdlü Dadaşova Eyzangül Kərəm qızı və 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər (sürücü) oğludur.

***

saat 10:48

Xəbərə fotolar əlavə edilib

***

Saat 10:41

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Şirvanın girişində qeydə alınıb. Tərtər rayon sakini, 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlunun idarə etdiyi “Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər ölüb. Ölənlərin 3-ü qadın, 1-i kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gedirlərmiş. 

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date