Siyəzən və Xızıda narkotik alverçiləri tutulub

Siyəzən və Xızıda narkotik alverçiləri tutulub
# 22 iyul 2020 12:33 (UTC +04:00)

Siyəzən və Xızıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Kəlbiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 21 qramdan artıq heroin və metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Xızı rayon sakini R.Qədirova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 108 ədəd çətənə kolu və 1 kiloqramdan artıq marixuana, habelə evinə baxış zamanı heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR