Siyəzəndə avtomobil qəzasında ölən piyadanın kimliyi müəyyənləşib - YENİLƏNİB-2

Siyəzəndə avtomobil qəzasında ölən piyadanın kimliyi müəyyənləşib - YENİLƏNİB-2
# 20 yanvar 2020 11:19 (UTC +04:00)

Ötən gün axşam saatlarında Bakı-Quba avtomobil yolunda baş verən qəzada ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilib.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba yolunun 103-cü km-də "Daewoo Nexia" markalı avtomobil ilə vurulan piyada Siyəzənin Kiçik Həmyə kənd sakini, 56 yaşlı Niyyət Zeynalabdin oğlu Muradovdur.

***

saat 20:00

Bu gün axşam saatlarında Bakı-Quba yolunda piyadanı vuraraq öldürən avtomobilin sürücüsü müəyyənləşib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisəni “90 RC 234” dövlət nömrə nişanlı "Nexia" markalı avtomobillə Xaçmaz rayon sakini İftixar Ələsgərovun törətdiyi bildirilir.

Hadisə zamanı ölən piyadanın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

***

saat 19.34

Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 103-cü km-də qeydə alınıb.

Yolu keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb. Hadisəni törədən sürücünün və ölən piyadanın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR