Siyəzəndə iki yük maşını toqquşub, xəsarət alanlar var

Siyəzəndə iki yük maşını toqquşub, xəsarət alanlar var
# 21 oktyabr 2020 13:14 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Beşdam kəndi ərazisində “HOWO” və “Mercedes” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadə xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR