Siyəzəndə köşk, Ağdaşda mağaza yanıb

Siyəzəndə köşk, Ağdaşda mağaza yanıb
# 22 dekabr 2020 08:59 (UTC +04:00)

Siyəzən rayonunda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, Məşrif kəndində ümumi sahəsi 30 m² olan dəmir konstruksiyadan ibarət köşkün (ofis və yeməkxana kimi fəaliyyət göstərir) içərisinə yığılan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Ağdaş rayonunda ümumi sahəsi 204 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 24 m² olan mağazanın lambirindən ibarət tavanı və içərisində 1 ədəd kondisioner yanıb. Tikilinin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR