Şəki sakini Gəncədə dəm qazından boğularaq ölüb

Şəki sakini Gəncədə dəm qazından boğularaq ölüb
# 10 dekabr 2019 05:25 (UTC +04:00)

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosnun məlumatına görə hadisə şəhərin Natəvan qəsəbəsində baş verib.

Şəki rayonu Kiçik Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədzadə Mehdi Bayram oğlu həyətdə olan hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Qeyd edək ki, M.Məmmədzadə həmin ünvanda kirayə qalırmış. O, bir neçə gün bundan qabaq Gəncəyə işləmək üçün gəlib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR