Şəki sakini dəm qazından zəhərlənib

Şəki sakini dəm qazından zəhərlənib
# 17 yanvar 2020 22:33 (UTC +04:00)

Şəkidə 33 yaşlı qadın dəm qazından zəhərlənib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında baş verib.

Şəki şəhəri, Əfəndiyev küçəsi ev 22 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Afət Nasir qızı Omarova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı A.Omarovanın yaşadığı evin hamam otağında dəm qazından zəhərləndiyi müəyyən edilib.

Onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR