Şəki sakinindən narkotik vasitə aşkarlanıb

Şəki sakinindən narkotik vasitə aşkarlanıb
# 27 may 2020 09:51 (UTC +04:00)

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Əsədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 0,102 qram narkotik vasitə olan heroin və 365 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR