Şəkidə 6 otaqlı ev əşyaları ilə birlikdə yanıb

Şəkidə 6 otaqlı ev əşyaları ilə birlikdə yanıb
# 14 mart 2021 08:14 (UTC +04:00)

Şəkidə fərdi yaşayış evi yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saat 20 radələrində rayonun Oxud kəndində, kənd sakini Nizam Qurban oğlu Əsgərova məxsus, ümumi sahəsi 270 kv/m olan, 6 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR