Şəkidə ağır yol qəzası olub, 1 nəfər ölüb, 5-i yaralanıb - FOTO - YENİLƏNİB

Şəkidə ağır yol qəzası olub, 1 nəfər ölüb, 5-i yaralanıb - FOTO - YENİLƏNİB
# 25 fevral 2020 11:45 (UTC +04:00)

Şəkidə baş verən ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı ölən şəxsin “VAZ 21011” markalı avtomobildə sərnişin qismində olan Şəki rayon sakini, 1978-ci il təvəllüdlü Şahid Əşrəf oğlu Rüstəmov olması müəyyən edilib.

Yaralılar - Şahid Rüstəmovun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Solmaz Qoca qızı Rüstəmova, onların övladları - 2018-ci il təvəllüdlü Elgün Rüstəmov və 2015-ci il təvəllüdlü Aliyə Rüstəmova, “VAZ 21011”in sürücüsü Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Ramin Sabir oğlu Qocayev və “VAZ 2106” markalı avtomobilin sürücüsü, 1966-cı il təvəllüdlü Eldar Adil oğlu Vəlibəyovdur. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***

Saat 10:11

Şəkidə ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 09:30 radələrində Şəki-Oğuz avtomobil yolunda qeydə alınıb. Belə ki, "VAZ 2106" markalı minik avtomobili ilə "VAZ 21011" markalı minik avtomobili toqquşub.

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR