Şəkidə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

Şəkidə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
  • Clock-gray 09:57
  • calendar-gray 27 Oktyabr 2020

DİN-in “102” Zəng Mərkəzinə Şəki şəhəri ərazisində oktyabrın 26-da 3 avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə,  daxil olmuş müraciətlər əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “isti izlər”lə  keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən maqnitofon, pul, bank kartları və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini V.Abdulxalıqlı və bir yeniyetmə saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Digər xəbərlər