Şəkidə evdə yanğın olub

Şəkidə evdə yanğın olub
# 06 noyabr 2020 17:54 (UTC +04:00)

Şəkidə fərdi yaşayış evində yanğın olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 16 radələrində Şəki şəhəri, L. Abdullayev küçəsində Şəki şəhər sakini Vüsal Sümurq oğlu Məmmədova məxsus ümumi sahəsi 180 kv/m olan kürsülü birmərtəbəli dörd otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 80 kv/m sahədə və iki otağın yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR