Şəkidə fərdi yaşayış evində qaz sızmasından partlayış olub, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Şəkidə fərdi yaşayış evində qaz sızmasından partlayış olub, iki nəfər xəsarət alıb - YENİLƏNİB
# 24 noyabr 2020 11:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Şəkidə evdə yanğınla nəticələnən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Şəki şəhərinin Çeşməli kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən evin damı çöküb, pəncərələri çərçivədən çıxıb. Yanğın nəticəsində sahəsi 24 m² olan otaqda lambirdən ibarət tavan və ev əşyaları qismən yanıb.

Hadisə zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

08:18

Bu gün səhər saat 07 radələrində Şəkinin Çeşməli kəndində, kənd sakini Ağabəy Əsədullah oğlu Ağayevə məxsus, ümumi sahəsi 110 kv/m olan olan kürsülü birmərtəbəli üç otaqdan ibarət fərdi yaşayış evində qaz sızmasından partlayış baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, partlayış nəticəsində evin qapı-pəncərəsi dağılıb, evdə yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri və müvafiq qrumlar cəlb edilib.

Partlayış zamanı 1967-ci il təvəllüdlü Fəridə Hacıxan qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona üzün, yuxarı və aşağı ətrafların 2-3A dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR