Şəkidə icazəsiz hərəkət edənlər barəsində qanunauyğun tədbirlər görülüb - FOTO

Şəkidə icazəsiz hərəkət edənlər barəsində qanunauyğun tədbirlər görülüb - FOTO
  • Clock-gray 16:43
  • calendar-gray 05 Aprel 2020

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər Şəki Şəhər Rayon Polis Şöbəsininn əməkdaşları tərəfindən rayon ərazisində icra olunur.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə davamlı olaraq xüsusi karantin rejiminin qaydaları sakinlərin diqqətinə çatdırılır.

Çöldə olan, həmçinin avtomobillərdə, şəhərdaxili marşrutlarda olan vətəndaşlar polis əməkdaşları tərəfindən planşetlə yoxlanılır, onlara icazə verilib-verilmədiyi müəyyənləşdirilir. İcazəsi olmadan çölə çıxanlar barəsində isə qanunauyğun müvafiq tədbirlər görülür.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date