Şəkidə keçmiş məhkum narkotiklə tutulub

Şəkidə keçmiş məhkum narkotiklə tutulub
# 07 yanvar 2021 11:10 (UTC +04:00)

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbir nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nurəliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkarlanıb.

Həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman isə həyətyanı sahədə yerləşən yarım tikilidən 470 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR