Şəkidə koronavirus xəstəsi ictimai məkanda aşkarlanıb

Şəkidə koronavirus xəstəsi ictimai məkanda aşkarlanıb
  • Clock-gray 17:04
  • calendar-gray 07 Aprel 2021

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, vətəndaş Tahir Mustafayevin COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları həmin şəxslə izahedici söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarıblar.

T. Mustafayev barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Vüqar Heydərov

Digər xəbərlər