Şəkidə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi barədə araşdırmalara başlanılıb

Şəkidə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi barədə araşdırmalara başlanılıb
  • Clock-gray 13:48
  • calendar-gray 03 Dekabr 2020

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına (COVID-19) yoluxmuş rayon sakininin yaşadığı evi tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, koronavirus infeksiyasının daşıyıcısı olan şəhər sakini Səbuhi Əlizadəyə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib. S.Əlizadə şəhər ərazisində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılıb və dərhal yaşadığı ünvana geri qaytarılıb.

Həmin şəxs barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Vüqar Heydərov

Digər xəbərlər