Slovakiyanın minatəmizləmə əməliyyatlarına töhvə verilməsi barədə fikir mübadiləsi aparılıb

Slovakiyanın minatəmizləmə əməliyyatlarına töhvə verilməsi barədə fikir mübadiləsi aparılıb
  • Clock-gray 17:02
  • calendar-gray 04 Mart 2021

Martın 4-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Slovakiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Milan Layçiak ilə görüşüb.

ANAMA-dan APA-ya bildirilib ki, görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, eləcə də qarşıya qoyulmuş prioritetlərə əsasən planlaşdırılmış fəaliyyət barədə məlumat verilib.

Səfərin məqsədi ANAMA-nın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi humanitar minatəmizləmə fəaliyyəti ilə yaxından tanışlıq, o cümlədən Slovakiya Respublikası tərəfindən ANAMA-nın həyata keçirdiyi minatəmizləmə əməliyyatlarına mümkün töhvə verilməsi barədə fikir mübadiləsi aparılıb.

Əsmər Qabil

Digər xəbərlər