Şəmkir sakini arvadına küt alətlə xəsarət yetirib, sonra dostunu bıçaqlayıb - YENİLƏNİB

Şəmkir sakini arvadına küt alətlə xəsarət yetirib, sonra dostunu bıçaqlayıb - YENİLƏNİB
# 23 fevral 2021 23:12 (UTC +04:00)

Şəmkirdə baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə 1993-cü il təvəllüdlü Siyavuş Pənahov arvadı, 1995-ci il təvəllüdlü Gülşən Pənahovanı qısqanclıq zəminində döyüb və ona küt alətlə xəsarət yetirib.

S.Pənahov daha sonra dostu, 1996-cı il təvəllüdlü Misafi Cəfərova çoxsaylı bıçaq xəsarətləri yetirib.

***

22:55

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Cəfərov Misafi qarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki M.Cəfərov tanışı Siyavuş Pənahov tərəfindən bıçaqlanıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR