Şəmkir sakini dərmandan zəhərlənib

Şəmkir sakini dərmandan zəhərlənib
# 25 iyun 2020 20:16 (UTC +04:00)

Şəmkirdə qadın dərman preparatından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Naxırçı kəndində qeydə alınıb.

1991-ci il təvəllüdlü Quliyeva Nurlanə Azad qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 29 yaşlı qadın əsəbiləşərək normadan artıq əsəb dərmanı içib və özünü zəhərləyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR