Şəmkir sakinində silah aşkarlanıb

Şəmkir sakinində silah aşkarlanıb
  • Clock-gray 15:37
  • calendar-gray 25 Noyabr 2020

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, 43 yaşlı Ceyhun Ələkbərova məxsus  rayon ərazisindəki evə baxış keçirilib. Oradan yataq otağındakı seyfin içərisindən atəşə yararlı “TK” modelli  “Korovin” konstruksiyalı tapança və həmin tapançaya məxsus 2 patron aşkar edilərək götürülüb.

Silahın hər-hansı bir cinayətdə istifadə olunub-olunmaması öyrənilmək üçün ekspertizaya göndərilib.

Faktla bağlı Şəmkir RPŞ-nin İstintaq Bölməsində Cinayət  Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər