Şəmkir sakinini bıçaqlayan şəxsin məhkəməsi başlayır

Şəmkir sakinini bıçaqlayan şəxsin məhkəməsi başlayır
# 14 yanvar 2020 17:31 (UTC +04:00)

Şəmkir sakinini bıçaqlamaqda təqsirləndirilən Anar Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

Qeyd edək ki, ötən il Şəmkirdə rayon sakini 1985-ci il təvəllüdlü Namiq Qasımov ürəyindən bıçaqlanıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Anar Əliyev saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR