Şəmkir sakinini elektrik cərəyanı vurub, vəziyyəti ağırdır

Şəmkir sakinini elektrik cərəyanı vurub,  vəziyyəti ağırdır
# 21 mart 2021 16:51 (UTC +04:00)

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 1979-cu il təvəllüdlü Aydın İbrahimi bədənin müxtəlif hissələrinin yanğı xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, A. İbrahimi şirkətlərin birində elektrik xətlərini yeniləyən zaman yüksək gərginlikli elektrik xətti qırılaraq üstünə düşüb.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR