Şəmkirdə 5 nəfərin ölümünə səbəb olan sürücünün avtomobili sərxoş idarə etdiyi müəyyənləşib

Şəmkirdə 5 nəfərin ölümünə səbəb olan sürücünün avtomobili sərxoş idarə etdiyi müəyyənləşib
# 02 dekabr 2019 10:13 (UTC +04:00)

Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə görə Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

APA-nın məlumatına görə, keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində sürücülərdən Abiyev Tural Aydın oğlu saxlanılıb və onun sərxoş olduğu məlum olub.

Xatırladaq ki, Şəmkir-Gədəbəy avtomagistralında "Mitsubishi Pajero" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində Şəmkir rayon sakinləri - 2018-ci il təvəllüdlü Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci il təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvəllüdlü Orucova Rəsmiyyə Nürəddin qızı ölüb. Saxıanılan T. Abiyev "VAZ 2107"in sürücüsüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR