Şəmkirdə 6 gün əvvəl piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Şəmkirdə 6 gün əvvəl piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
  • Clock-gray 12:10
  • calendar-gray 20 Dekabr 2019

Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 14-də saat 14 radələrində Şəmkir rayonunun Təzəkənd kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Ə.Əliyev vurulub və nəticədə piyada xəstəxanaya yerləşdirilib.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Mahmudlu kənd sakini N.Məhərrəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date