Şəmkirdə DYP-yə yeni rəis təyin edilib

Şəmkirdə DYP-yə yeni rəis təyin edilib
# 01 aprel 2021 16:02 (UTC +04:00)

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Ramin Fətullayev Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

R.Fətullayev bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR