Şəmkirdə "VAZ 2106" aşıb, sürücü ağır xəsarət alıb

Şəmkirdə "VAZ 2106" aşıb, sürücü ağır xəsarət alıb
# 06 fevral 2020 22:31 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda yerləşən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb.

Hərəkətə olan "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində sürücü - 2002-ci il təvəllüdlü Abbasov Fərhad Əmirxan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR