Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb
# 06 aprel 2021 11:37 (UTC +04:00)

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 5-də saat 12 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində Yeni Həyat kənd sakini E.Salahov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Göygöl rayon sakini C.Məmmədovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR