Şəmkirdə azyaşlını maşın vurub

Şəmkirdə azyaşlını maşın vurub
# 30 iyun 2020 21:57 (UTC +04:00)

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətə olan “Mercedes” markalı minik maşını yolu keçmək istəyən 8 yaşlı Ə.Ramalı vurub. Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR