Şəmkirdə baş vermiş avtoqəzada iki nəfər xəsarət alıb

Şəmkirdə baş vermiş avtoqəzada iki nəfər xəsarət alıb
# 21 mart 2021 08:13 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Qəza zamanı hərəkətdə olan iki minik maşını toqquşub. Hadisə nəticəsində Araz Məmmədov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR