Şəmkirdə baş verən yanğında bir nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

Şəmkirdə baş verən yanğında bir nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO
# 11 fevral 2020 10:11 (UTC +04:00)

Şəmkirdə baş verən yanğında daha bir nəfər yanıq xəsarəti alıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu, 1957-ci il təvəllüdlü Əhmədov Rüstəm Süleyman oğludur.

Həmçinin hadisə zamanı ölən qadının da adı açıqlanıb. Bu, 1960-cı il təvəllüdlü Əhmədova Mehi Bayraməli qızıdır.

***

07:52

Şəmkirdə yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ələsgərli kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Zöhrab Rüstəm oğluna məxsus ev yanıb. Hadiə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı ev sahibi və onun övladı 2011-ci il təvəlüdlü Əhmədov Rüstəm Zöhrab oğlu ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətləri ağır olduğundan Gəncə şəhərinə, oradan da Bakıya aparılıb.

Yanğın zamanı evdə bir qadın ölüb. Hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR