Şəmkirdə döyülərək qarət edilən ahıl kişi ölüb

Şəmkirdə döyülərək qarət edilən ahıl kişi ölüb
# 26 noyabr 2019 15:45 (UTC +04:00)

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Şəmkir rayon sakini Xəqani Nəsibov həmyerlisi 87 yaşlı Dostumalı İbrahimova zor tətbiq edərək onun 350 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirib.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törədən Xəqani Nəsibov saxlanılıb.

Soyğunçuluğa məruz qalmış Dostumalı İbrahimov hadisədən bir gün sonra yaşadığı evdə dünyasını dəyişib.

Araşdırmalar zamanı müəyyən edilib ki, D.İbrahimov bankomatdan pul çıxaran zaman X.Nəsibov onu kənardan izləyib. Pulun bankomatdan çıxarıldığını görən X.Nəsibov yaşlı kişiyə yaxınlaşaraq onu yaşadığı evə çay içməyə dəvət edib. X.Nəsibov yaşlı kişini döyərək əlindəki pulu alıb. D.İbrahimov aldığı xəsarətlərdən bu gün öz evində ölüb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR