Şəmkirdə iki avtomobil toqquşub, ölən var yaralananlar var

Şəmkirdə iki avtomobil toqquşub, ölən var yaralananlar var
  • Clock-gray 11:31
  • calendar-gray 13 Noyabr 2020

Şəmkirdə iki avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 12-də saat 7 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində Tovuz rayon sakini Firuz Rəsulovun idarə etdiyi “VAZ-2107” və Kəlbəcər rayon sakini S.Hüseynovun idarə etdiyi “QAZ-2705” markalı avtomobillər toqquşub. Nəticədə F.Rəsulov və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər