Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 19 sentyabr 2020 13:43 (UTC +04:00)

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

APA -nın yerli bürosunun məlumatına görə, yol qəzası rayonun “3 yol” adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR