Şəmkirdə iki yük maşını toquşub

Şəmkirdə iki yük maşını toquşub
# 15 fevral 2020 22:52 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Magistral yolda hərəkətdə olan iki yük maşını toquşub. Sürücülərdən birinin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım birqadası və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR