Şəmkirdə iş yoldaşını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Şəmkirdə iş yoldaşını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB
# 05 avqust 2020 10:18 (UTC +04:00)

Şəmkirdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Mixayıl Quliyev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisəni törədən şəxs bıçaqlanan şəxslə iş yoldaşı olub.

***

saat 04:53

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Morul kəndində qeydə alınıb.

1995-ci il təvəllüdlü Quliyev Sənan Mürşüd oğlu qarnının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 25 yaşlı S.Quliyev tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR