Şəmkirdə istixana, Masallıda yük avtomobili yanıb

Şəmkirdə istixana, Masallıda yük avtomobili yanıb
  • Clock-gray 09:21
  • calendar-gray 16 Yanvar 2020

Şəmkir rayonunun Dəllər Cəyir kəndində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 1400 m² olan istixananın polietilen üzlüyü 30 m² sahədə, yaxınlıqda, ümumi sahəsi 10 m² olan qazanxana və tutumu 3 ton olan yağ çəni yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub.

Masallı rayonunun Hüseynhacılı kəndində "Ford" markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date