Şəmkirdə istixana yanıb, gözətçi ölüb

Şəmkirdə istixana yanıb,  gözətçi ölüb
# 12 fevral 2020 12:57 (UTC +04:00)

Şəmkirdə istixana yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Qədimqala kəndində, istixana ərazisində ümumi sahəsi 12 m² olan gözətçi otağının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 50 m² olan qazanxananın dam örtüyü 10 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı gözətçi otağında 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Cabir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Qazanxanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR