Şəmkirdə minik maşını yanacaqdaşıyan maşınla toqquşub, sürücü ölüb

Şəmkirdə minik maşını yanacaqdaşıyan maşınla toqquşub, sürücü ölüb
# 28 dekabr 2020 23:38 (UTC +04:00)

Şəmkir rayonunun Könüllü kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, "VAZ" markalı minik avtomobili və "Mercedes" markalı yanacaqdaşıyan avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1994-cü il təvəllüdlü Həsənov Murad Arif oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR