Şəmkirdə qadını döyərək hədə-qorxu gələn şəxs tutulub

Şəmkirdə qadını döyərək hədə-qorxu gələn şəxs tutulub
# 22 iyul 2020 12:31 (UTC +04:00)

Şəmkirdə hədə-qroxu ilə pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 20-də saat 2 radələrində Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində yaşayan qadının evinə girmiş həmkəndlisinin onu döyərək, hədə-qorxu gəlib 300 manat pul və qızıl-zinət əşyaları tələb etməsi barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Dərhal başlanılan əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən kənd sakini C.Hüseynov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (Hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR