Şəmkirdə traktorla “VAZ 2106” markalı avtomobil toqquşub, yaralananlar var

Şəmkirdə traktorla “VAZ 2106” markalı avtomobil toqquşub, yaralananlar var
  • Clock-gray 22:31
  • calendar-gray 23 May 2020

 

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili ilə traktor toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Digər xəbərlər