Şəmkirdə yol qəzası olub, ölən və yaralanan var

Şəmkirdə yol qəzası olub, ölən və yaralanan var
# 28 noyabr 2020 12:49 (UTC +04:00)

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Sarıtəpə kəndi ərazisində rayon sakini Ceyhun Ələkbərlinin idarə etdiyi “VAZ-21074” və Qazax rayon sakini N. Bayramovun idarə etdiyi “Chevrolet-Niva” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində C. Ələkbərli aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şəmkir Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR