Şəmkirdə yük maşını ilə təcili tibbi yardım avtomobili toqquşub, 2 nəfər xəsarət alıb - FOTO

Şəmkirdə yük maşını ilə təcili tibbi yardım avtomobili toqquşub, 2 nəfər xəsarət alıb - FOTO
# 17 dekabr 2020 13:10 (UTC +04:00)

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, yük maşını qarşıdan gələn təcili tibbbi yardım avtomobilinə çırpılıb.

Qəza nəticəsində 2 nəfər ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR