Şəmkirdə zəncirvari qəza baş verib, xəsarət alanlar var

Şəmkirdə zəncirvari qəza baş verib, xəsarət alanlar var
  • Clock-gray 21:20
  • calendar-gray 10 Sentyabr 2020

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qasımallar kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını “Mercedec” markalı avtomobillə  toqquşub.

İdarəetmədən çıxan “VAZ 2107” markalı minik maşını sonra “Isuzu” markalı avtomobilə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Digər xəbərlər