Sərxoş halda görüntüləri yayılan polis əməkdaşı orqandan xaric edilib - VİDEO

Sərxoş halda görüntüləri yayılan polis əməkdaşı orqandan xaric edilib - VİDEO
# 07 aprel 2020 15:03 (UTC +04:00)

Ötən gün sosial şəbəkələrdə sərxoş vəziyyətdə görüntüləri yayılan polis əməkdaşı işdən azad olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın şimal bürosuna verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşı, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb və o, daxili işlər orqanlarından xaric olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, sosial şəbəkələrdə yayılan video görüntülər dərhal araşdırılıb: “Araşdırma nəticəsində polis əməkdaşının əsassız və lüzumsuz səbəbdən vətəndaşla mübahisə etməsi təsdiqini tapıb. Cinayətkarlıqla qətiyyətli mübarizə aparan, öz həyatlarını, sağlamlıqlarını riskə qoyaraq bu gün insanların sağlamlığını və təhlükəsizliyini qoruyan, vətəndaşların böyük etimadını və rəğbətini qazanan polisin adına və nüfuzuna xələl gətirdiyi üçün həmin polis əməkdaşı daxili işlər orqanlarında xidmətdən xaric edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR