Sumqayıt bulvarında intihara cəhdin qarşısı alınıb

Sumqayıt bulvarında intihara cəhdin qarşısı alınıb
  • Clock-gray 13:32
  • calendar-gray 14 Mart 2021

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt bulvarında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə  Sumqayıt bulvarında 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal əraziyə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər vətəndaş 1991-ci il təvəllüdlü Əmirov Yusif Gülbəy oğlunu  xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Ramil Zeynallı

Digər xəbərlər