Sumqayıt sakini dəm qazından boğulub

Sumqayıt sakini dəm qazından boğulub
  • Clock-gray 20:21
  • calendar-gray 03 Yanvar 2021

Sumqayıt şəhərində dəm qazı 74 yaşlı qadının ölümünə səbəb olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb.

1947-ci il təvəllüdlü Hüseynova Şükufə Həmid qızı dəm qazından boğulub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Digər xəbərlər