Sumqayıt sakini dəm qazından boğulub - YENİLƏNİB

Sumqayıt sakini dəm qazından boğulub - YENİLƏNİB
# 04 yanvar 2020 15:07 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıtda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1984-cü il təvəllüdlü Babayev Adışirin Nadir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

***

14.21

Sumqayıtda dəm qazından boğulma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 8-ci mikrorayonunda 1984-cü il təvəllüdlü Babayev Adışirin Nadir oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR